Logo

Tramp İran və Rusiya obyektlərinə zərbə endirilməsində israr edib


ABŞ Prezidenti Donald Tramp Suriyadakı İran və Rusiya obyektlərinə də zərbə endirməyə hazır olub, lakin müdafiə naziri Ceyms Mettis bunun əleyhinə çıxış edib.

TopXeber.Az-ın məlumatına görə, bu barədə “Wall Street Journal” qəzeti öz mənbələrinə istinadən yazır. Nəşrin yazdığına görə, C. Mettis Ağ evə üç hücum variantını təklif edib.

Birincisi, Suriyanın kimyəvi silahlara aidiyyatı olan obyektlərinə zərbə endirilməsi olub. İkinci seçim kimyəvi silahlarla bağlı araşdırma obyektləri və hərbi komandanlıq mərkəzləri daxil olmaqla, geniş spektr hədəfləri əhatə edib. Üçüncü variant Rusiyanın Suriyadakı hava hücumundan müdafiə sistemlərinə hücumu da nəzərdə tutub.

Qəzetin məlumatına əsasən, D. Tramp Rusiya və İranın Suriyadakı obyektlərinə zərbə endirilməsində təkid edib. Lakin C. Mettis bunun əleyhinə olub. Nəticədə ABŞ Prezidenti hibrid planı təsdiq edib.

Məftun Salmanov