Logo

Türkiyə XİN-in əməkdaşlarının 20 faizi işdən qovuldu


Türkiyədə hərbi çevrilişə cəhddən sonra FETÖ terror təşkilatı ilə mübarizə çərçivəsində Xarici İşlər Nazirliyinin (XİN) 461 əməkdaşı vəzifəsindən azad edilib.

TopXeber.Az Trend-ə istinadən bildirir ki,  bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

Nazir bildirib ki, işdən kənarlaşdırılanların sayı Türkiyə XİN-in əməkdaşlarının təqribən 20 faizini təşkil edir.

M.Çavuşoğlu qeyd edib ki, vəzifəsindən azad edilənlər arasında konsulluqların işçiləri və Türkiyə xarici siyasət idarəsinin müşavirləri də var.