Logo

Venesuelada yeni alternativ valyuta buraxıldı


Venesuela paytaxtı Karakasın meriyası özünün alternativ valyutasını buraxıb.

TopXeber.Az-ın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, yeni valyuta karibe adlanır. Venesuelanın milli valyutası bolivar sürətlə dəyərsizləşdiyinə görə Karakas hakimiyyəti bu cür addım atıb.

Qeyd edək ki, bolivarın qara bazarda məzənnəsi 1 ABŞ dolları üçün 250-300 min bolivar arasında dəyişir. Yeni valyutadan xüsusi festival yarmarkalarında ilkin zəruri məhsul və malların alışı üçün istifadə ediləcək. Yarmarkalar ay ərzində meriyanın himayəsi altında keçiriləcək. Bolivarlar 1000:1 məzənnəsi üzrə 5,10, 20, 50 və 100 karibeyə dəyişdiriləcək.

Məftun Salmanov