Logo

“WhatsApp”da yenilik – Silinən şəkilləri...


“WhatsApp” istehsalçıları messencerə yeni funksiya əlavə ediblər.

TopXeber.azyenicag.az-a istinadən xəbər verir ki, silinmiş faylları təkrar yükləmək mümkün olacaq. Bu haqda “Gadgets Now” resursu məlumat yayıb.

Hazırda əgər istifadəçi “WhatsApp”dan şəkili, videonu və ya digər hər hansısa faylı silibsə, o zaman məlumatları bərpa etmək olmur. Lakin yeni funksiyanın köməyi ilə silinmiş faylları yenidən yükləmək mümkün olacaq. Belə ki, fayllar messencerin serverlərində qorunub saxlanacaq. Hələlik bu imkan proqramın yalnız beta-versiyasında əlçatandır.