Logo

Bakıda ŞOK OĞURLUQ - Yanacaqdoldurma məntəqəsini oyuncaq tapança ilə soydular - VİDEO


Ötən gecə saat 02:31 radələrində Əhmədli metrostansiyası yaxınlığındakı “LUKoil” yanacaqdoldurma məntəqəsində soyğunçuluq hadisəsi baş verib.  

TopXeber.Az Movqe.az-a istinadən bildirir ki, üzünə maska taxan iki nəfər şəxs “LUKoil” yanacaqdoldurma məntəqəsinə daxil olublar.

 Soyğunçular həmin vaxt yanacaqdoldurma məntəqəsində gecə növbəsində olan üç nəfər əməkdaşa əllərindəki oyuncaq tapança ilə hədə-qorxu gələrək  800 AZN pulu götürərək aradan çıxıblar. 

Soğunçular oyuncaq tapancanı yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerə ataraq uzaqlaşıblar. 

Hal-hazırda faktla bağlı araşdırma aparılır.

 Soyğunçuların tapılması istiqamətində əməliyyat-istintaq tədbirlərinə başlanıldığı bildirilir.