Logo

"Allah səni bildiyi kimi etsin"- Şəhla həmkarı Zauru "ağ yuyub, qara sərdi"


“Xəzər” TV-də apaarıcı - prodüser Tarix Əliyevin aparıcılığı ilə yayımlanan “Hər Şey Daxil” verilişində "Çiçək" ləqəbli Şəhla Vakkas qonaq olub.

TopXeber.Az bildirir ki, Şəhla Vakkas verilişin şərtlərinə uyğun olaraq həmkarı Zaur Kamalın mənfi cəhətlərini sadalayıb: “Allah səni bildiyi kimi etsin. Toya 4 min dollara gedir. Onun mənfi cəhəti birlikdə gördüyümüz layihələr zamanı üzə çıxır. Məni orada çalışanlara qarşı qızışdırır”.

Z.Kamalın toy qiymətini öyrənən T.Əliyev də məsələyə fikir bildirib:

“4 min dollara gedir, sonra da ağlayır ki, pulum yoxdur. Hələ müğənnilərə irad tutur ki, toya baha gedirsiz. Ancaq özü toya əlavə müğənni aparan zaman onlardan da, pul alır".