Logo

"Avtobuslar, metrolar dayandırılsın"...Ermənistanda kütləvi vətəndaş itaətsizliyi elan edildi


“Vətəndaş müqaviləsi” partiyasının lideri, “Yelk” parlament fraksiyasının deputatı Nikol Paşinyan artıq 4 sutkadır davam edən etirazların keçirildiyi Fransa meydanına gəlib. 

TopXeber.Az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, o, kütləvi və total vətəndaş itaətsizliyi aksiyasının keçirilməsinə və şəbəkə şəklində blokadaya çağırıb.
N. Paşinyan tərəfdarlarını İrəvan şəhəri üzrə bütün qurum binalarını əhatəyə almağa səsləyib. O, həmçinin ictimai nəqliyatın hərəkətini, metropolitenin işini dayandırmağa çağırıb. 

Məftun Salmanov