Logo

Bir neçə saatdır ölkədə ləngiyən internet yayımının ƏSAS SƏBƏBİ


Ölkənin bəzi yerlərində internetin yayımında problem yaranıb. 

TopXeber.Az xəbər verir ki, təqribən saat 12:20 radələrindən başlayaraq internet təminatında və milli resursların fəaliyyətində fasilələr yaranıb.
Problemlə bağlı redaksiyamıza çoxsaylı məlumatlar daxil olub. İstifadəçilər bir saata yaxın internetə girə bilmədiklərini deyirlər.
“AzerTelecom” MMC” backbone provayderinin qlobal şəbəkəyə bağlantısında yaranan texniki problemlər səbəbindən hazırda bu şirkətdən internet alan provayderlərin istifadəçilərinin internet bağlantısında müəyyən problemlər yaranıb.
Əldə etdiyimiz məlumata görə, problemin qısa zamanda aradan qaldırılması üçün tədbirlər görülür.

Nihadə Eyyubova