Logo

Bu gün Bakıda eşidilən partlayış səsləri dənizdən gəlirmiş...SƏBƏB


Bakıda ard-arda partlayış səsi eşidilib. “Qafqazinfo” xəbər verir ki, izləyicilər bununla bağlı sosial şəbəkələrdə yazıb. Onlar bir-birinin ardınca gurultulu səs eşitdiklərini qeyd ediblər.

TopXeber. Az bildirir ki, “Qafqazinfo” məsələni dəqiqləşdirmək üçün Səbail Rayon Polis İdarəsi ilə əlaqə saxlayıb.

Bildirilib ki, şəhərin mərkəzində heç bir hadisə baş verməyib:

"Hazırda Hərbi Dəniz Qüvvələrinin təlim-məşq prosesi gedir və səslər də bununla bağlıdır".