Logo

Bu il Türkiyədə prezident seçkiləri keçirilə bilər


Milliyətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsini təklif edib.

TopXeber.Az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, D. Bahçeli hər iki seçkinin eyni gündə, 2018-ci il avqustun 26-da keçirilməsini məqbul hesab edir.  

Onun sözlərinə görə, Türkiyə daha bir il gözləyə bilməz: “Türkiyənin 2019-cu il noyabrın 3-dək səbrlə dayanması indiki halda mümkün deyil. Prezident üsul-idarəsinə tezliklə keçid millətin gələcəyi baxımından təcili hal alıb”.

Məftun Salmanov