Logo

Bu müğənninin də qiyməti bahadır...10 000 - 30 000 arası


"Azərbaycanda ən baha müğənni özüməm, çünki özümə, sənətimə dəyər verən biriyəm".

TopXeber.Az bildirir ki, müğənni Mətanət Əsədova BAKU.WS-ə açıqlamasında belə deyib.

İfaçı toy qiymətini açıqlayıb: "Qiymət fərqlidir. Ölkədən kənara tək başıma 15 000, ansamblımla bərabər 30 000 dollara gedirəm. Bakıda nisbətən ucuz gedirəm. "For Season" və bu kimi bahalı məkanlarda baş tutan toya 10 000-ə, digər restoranlara isə 8 000 dollara gedirəm".

Xatırladaq ki, 3 gün əvvəl Nuri Sərinləndiricinin toy qiymətləri açıqlanaraq Azərbaycanda ən bahalı müğənni olduğu bildirilmişdi. Beləki, Nuri Bakı şəhərində keçirilən toy məclisini canlı orkestlə bərabər idarə etmək üçün 13 min dollar qonorar tələb edir. Nurinin qonorar olaraq tələb etdiyi məbləğ bəzi hallarda dəyişə bilər. Məsələn, əgər toy paytaxtın lüks şadlıq saraylarında keçirilirsə qiymət avtomatik olaraq 20 min dollaradək yüksələ bilir. Həmçinin siz Nurini rayona dəvət edirsinizsə, məbləğ 22-25 min dollaradək qalxa bilir.