Logo

Ermənistanda məxməri inqilab başladı


Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın Baş nazir seçilməsinə qarşı keçirilən etiraz aksiyalarının rəhbəri, müxalif deputat xalq məxməri inqilabının başlandığını elan edib.

TopXeber.Az-ın  Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, o bildirib ki, Ermənistanda inqilabi vəziyyət yaranıb. N. Paşinyan  bildirib: “Mən qeyri-zorakı xalq məxməri inqilabının startını elan edirəm”.

Yerevanda mitinqin keçirildiyi Fransa meydanında təqribən 3 min nəfər toplaşıb. Deputat qeyd edib ki, tərəfdarları dövlət orqanlarının fəaliyyətini iflic etmək niyyətindədir.

Məftun Salmanov