Logo

Makron: Balkan ölkələrinin Türkiyəyə yönəlməsini istəmirəm


“Qarşılaşdığımız geosiyasi risk Qərbi Balkan ölkələrinin Rusiya və Türkiyəyə yönəlməsidir”.

TopXeber.Az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

Fransa Prezidenti Balkan yarımadası ölkələrinin yönlərini Türkiyə və ya Rusiyaya tərəf çevirməsini istəmədiyini bildirib. O bu məqsədlə Avropa İttifaqı daxilində dəyişikliklərin edilməsinin və Aİ fikrininin dərinləşdirilməsinin zəruriliyini vurğulayıb.

E. Makron əlavə edib ki, Aİ 28 üzv ölkə ilə problemlər yaşayır və üzvlərinin sayının 32-yə çatmasına hazır deyil.

Məftun Salmanov