Logo

Maştağada xəstə palatada özünü öldürdü


Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında intihar hadisəsi baş verib.

TopXeber.Az Report-a istinadən xəbər verir ki, həmin xəstəxanada müalicə alan 1990-cı il təvəllüdlü Sənan Nəsibov özünü palatada asaraq intihar edib.

İntiharın səbəbləri araşdırılır.