Logo

Rusiyada əməliyyat zamanı terrorçu özünü partlatdı


Rusiyada terror planlaşdıran İŞİD-çilərə qarşı xüsusi əməliyyat keçirilib.

TopXeber.Az-ın verdiyi məlumata görə, bu barədə Federal Təhlükəsizlik Xidmətindən xəbər verilib.

Dəstə üzvləri silah və əldə düzəlmə partlayıcı vasitələrlə ölkənin cənubunda hücumlar etməyi planlaşdırıblar. Dəstə başçısı Rostovda keçirilən xüsusi əməliyyat zamanı müqavimət göstərib və əlində olan partlayıcı qurğunu işə salıb. Nəticədə terrorçu ölümcül xəsarət alıb.

Dəstənin digər 3 üzvü saxlanılıb.

Əməliyyat axtarış tədbirləri davam edir.