Logo

Saat 12-ni keçdi... Sarkisyan hələ də parlament binasına daxil ola bilməyib - YENİLƏNİB


Ermənistan parlamentində təhlükəsizlik rejimi gücləndirilib.

TopXeber.Az “News.am”a istinadən xəbər verir ki, Ermənistan Milli Məclisinin üzvləri saat 12:00-da baş nazir postuna seçimlərin başlaması ilə əlaqədar olaraq parlamentin binasına gəliblər. 

Ermənistanın Respublikaçı Partiyası və Daşnaqsütyun Partiyası baş nazir postuna Serj Sarkisyanın namizədliyinin irəli sürülməsini təklif ediblər. 

Parlamentə aparan bütün yollarda tikanlı məftillərlə maneələr yaradılıb. Yalnız deputatların girişi üçün kiçik mühafizə olunan keçid saxlanılıb.

***10:50

Serj Sarkisyanın Baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsinə qarşı etiraz hərəkatının təqribən 30 iştirakçısı İrəvan polis şöbəsinə aparılıb.

TopXeber.Az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu hərəkatın lideri, parlamentin deputatı Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, bu, heç nəyi dəyişmir: “Biz taktikamızı davam etdiririk, nizamsız şəkildə irəliləyirik və küçələri bağlayırıq”. 

Məlumata görə, “Mənim addımım” təşəbbüsünün lideri, Vətəndaş müqaviləsi” Partiyasının lideri, “Yelk” parlament fraksiyasının deputatı Nikol Paşinyan mitinqin dayandırılması haqqında İrəvan polis rəisinin müavini Valeri Osipyanın ona verdiyi xəbərdarlığı cırıb və Ermənistanda ümumi vətəndaş hərəkatı başlandığını deyib.

Osipyan isə Paşinyana müraciət edərək bildirib ki, polis aksiyanın dayandırılması tələbi ilə bağlı qərar qəbul edib: “Təşkilatçı kimi sizə xəbərdarlıq edirik, bu barədə aksiyanın iştirakçılarına məlumat verəsiniz. Əks təqdirdə, polis qanunla müəyyən edilmiş qaydada tədbir görəcək”.

Xatırladaq ki, Hakim Respublika Partiyası dünən Serj Sərkisyanın namizədliyini irəli sürüb. Bu gün saat 12:00-da parlamentin Sərkisyanı baş nazir kimi təsdiqləyəcəyi gözlənilir. Paşinyan etirazçıların parlament binasını mühasirəyə alacaqlarını bəyan edib. 

Məftun Salmanov