Logo

Sarkisyan Baş nazir oldu


Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyan Baş nazir seçilib.

TopXeber.Az-ın  Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistan Milli Yığıncağının bu gün keçirilən xüsusi iclasında 77 deputat S. Sarkisyanın lehinə, 17 deputat isə əleyhinə səs verib. Xatırladaq ki, S. Sarkisyanın Baş nazir vəzifəsinə namizədliyi hakim Ermənistan Respublika Partiyası və “Daşnaksutyun” partiyası tərəfindən irəli sürülüb.

Qəbul edilən Konstitusiya dəyişikliklərindən sonra Ermənistanda ilk dəfə Baş nazir seçilir. Baş nazir seçildikdən sonra 15 gün ərzində hökumət formalaşacaq. Konstitusiya dəyişikliklərinə əsasən, hökumət Baş nazir, Baş nazirin birinci müavini, iki müavin və 17 nazirdən ibarət olacaq.

Məftun Salmanov