Logo

Suriya yenidən raket hücumuna məruz qaldı


Suriyanın hava hücumundan müdafiə qüvvələri Hums vilayətindəki Şayrat aviabazasına tərəf buraxılmış raketləri vurub.

TopXeber.Az-ın “Vedomosti” qəzetinə istinadən verdiyi məlumata görə, bundan başqa Dəməşq ətrafındakı Dumayr aviabazası üzərində üç raket də vurulub.

Rəsmi Dəməşq yeni raket zərbələrinə görə məsuliyyəti İsrailin üzərinə atıb. İsrail hərbçiləri vəziyyəti şərh etmirlər. ABŞ bəyan edib ki, həmin yerlərdə hərbi aktivlik göstərməyiblər.

Məftun Salmanov