Logo

Türkiyədə İŞİD-in "ölüm briqadası"nın üzvləri ələ keçdilər


Türkiyənin Sakarya vilayətində xüsusi əməliyyat zamanı İŞİD terror təşkilatının "ölüm briqadası"ının 4 üzvü saxlanılıb.

TopXeber.Az Trend-ə istinadən xəbər verir ki, saxlanılan şəxslərin ikisinin İraq, digər ikisinin isə Suriya vətəndaşı olduğu bildirilir. Onların arasında qadın da var.

Təfərrüatlar haqqında məlumat verilmir.

Xatırladaq ki, aprelin 13-də Adana vilayətində Suriya vətəndaşı Riyad Hacı Osman - İŞİD cəlladlarından biri saxlanılmışdı.