Logo

Azərbaycan Kubokunda dava: Baş məşqçi futbolçunu vurdu - VİDEO


Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçı çərçivəsində keçirilən “Sumqayıt” – “Keşlə” matçında qalmaqal yaşanıb.

Topxeber.az yenicag.az-a istinadən xəbər verir ki, matçın 70-ci dəqiqəsində “kimyaçılar”ın futbolçusu Bəxtiyar Həsənalızadənin kobub oynaması qonaqların baş məşqçisi Yuri Maksimovu özündən çıxarıb. Nəticədə ukraynalı mütəxəssis adıçəkilən futbolçunu vurub. Bu da gərginliyin artmasına səbəb olub.

Qarşılaşmanın baş hakimi Əliyar Ağayev isə öz növbəsində Yuri Maksimovu bu hərəkətinə görə texniki zonadan uzaqlaşdırıb.