Logo

Ərdoğan Türkiyədə növbədənkənar seçkilərin dəqiq tarixini açıqladı


Türkiyədə 24 iyun 2018-ci il tarixində növbədənkənar parlament və prezident seçkiləri keçiriləcək.

TopXeber.Az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyatlar, bölgədə cərəyan edən tarixi hadisələr Türkiyənin tez bir zamanda qeyri-müəyyənlikdən çıxmasını məcburi edir: “Daxili və xarici gündəmin sıxlığı, erkən seçim qərarının açıqlanması ilə meydana çıxan qeyri-müəyyənliyin tezliklə aradan qaldırılmasını zəruri edir. Seçkiləri bu il iyunun 24-də keçirməyə qərar verdik. AKP və MHP məsələ ilə əlaqədar qanuni proseslərə dərhal start veririk”.

Məftun Salmanov