Logo

TCS (Training & Consulting Services) – Məqsədimiz peşəkar xidmətdir


TCS (Training & Consulting Services) 2007-ci ildən bəri – ISO 9001 və ISO 29990 standartlarının tələblərinə uyğun olaraq yerli və beynəlxalq bazarda dövlət və özəl şirkətlərə peşəkar xidmətlər və ekspert təqdimatı ilə bağlı fəaliyyət göstərən beynəlxalq təşkilatdır.

 Bizim niyyətimiz daim keyfiyyətli treninq, konsaltinq və texniki xidmətlər təklif etməklə, müştərilərimizin böyük inam və etimadını qazanaraq bu sahədə lider kimi tanınıb qəbul olunmaqdır. Missiyamız problemin həlli yolunun tapılması və icraatı, biliklərin yaradılması və onların müştəri və işçilərimizlə paylaşılmasında əhəmiyyətli rol oynamaqdan ibarətdir.

 Müştərilərlə qurulan əlaqələr 4 fundamental prinsiplərə əsaslanır: DÜRÜSTLÜK, BİLİK, ÜSTÜNLÜK, MƏDƏNİYYƏT

 TCS şirkətinin xidmətləri beynəlxalq standartlara cavab verərək dünyanın nüfuzlu təşkilatları və yerli orqanlar tərəfindən akkreditasiya olunmuşdur: AITT (Sənaye Maşınları Treninqləri üzrə Assosasiya), BSC (Britaniya Təhlükəsizlik Qurumu), IOSH (Peşəkar Sağlamlıq və Təhlükəsizlik İnstitutu), LEEA (Yükqaldırma Avadanlıqları Mühəndisliyi Assosasiyası), Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.

TCS şirkətinin xidmətləri əsasən təlim, konsaltinq və texniki xidmət sahələrini əhatə edir - Beynəlxalq Akkreditasiyalı Treninq Proqramları, Fövqəladə Hallar Nazirliyi Tərəfindən Təsdiqlənmiş Radiasiya Təhlükəsizliyi Treninqləri, Təhlükəsizlik, Keyfiyyət və Biznes Məsələləri üzrə Peşəkar Konsultasiya Xidmətləri, Təchizat və Avadanlıqların Yoxlanılması, Sertifikatlaşdırılması və Xidməti, Kalibirləmə Xidməti, Yükqaldırma Xidmətlərinin Planlaşdırılması və İcrası.

tcsgl.com