Logo

Tramp: "Mən casusam"


ABŞ Prezidenti Donald Tramp Türkiyədə barəsində 35 il həbs cəzası istənilən Amerika vətəndaşı olan keşiş Endryu Kreyq Branson haqqında “tvit” paylaşıb.

TopXeber.Az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, D. Tramp daha əvvəl Türkiyədən din adamının azad edilməsini istəyib. Lakin məhkəmə bu yaxınlarda onun həbsdə qalmasına dair hökm verib.

D. Trampın “tvit”ində deyilir: “Amerikada yaxşı cənab və xristian lider olan keşiş Branson əbəs yerə Türkiyədə mühakimə edilir və zülmə uğrayır. Ona casus deyirlər, mən ondan daha çox casusam. Ümid edirəm ki, onun evinə və aid olduğu gözəl ailəsinə qayıtmasına icazə veriləcək”.

Qeyd edək ki, keşiş Branson FETÖ və PKK adına cinayət törətməkdə ittiham olunur.

Məftun Salmanov