Logo

“20 manatlıq müsahibə”, “Nalla mıxın cingiltisi” və ya Nemətovun yeganə havadarı


Ölkə Prezidenti İlham Əliyev cənablarının TASS informasiya agentliyinə verdiyi seçkiqabağı müsahibəsindən: "Əsas məsələ məmur özbaşınalığı ilə bağlı olacaq"

 Üzümü tuturam “Əməkdar artist küçədə 20 manat borc axtarır”-“Azdramada söz-söhbət bitmir” adı altında müsahibə verən aktyor Elçin Əfəndiyə. 

Dövlət Akademik Milli Dram Teatrının direktoru A.Nemətova ünvanlanmış “Açıq məktub”un (X.Xalid)bəhrəsi hələ də görünmür-yəni  əməkdar artist İ.Hüseynov hələ də haqsızlıqla azad edildiyi iş yerinə qaytarılmayıb.

   Bu  məktubumu direktorun “Kərbəlayisi ilə tək qalan” yeganə havadarı akyor  Elçin Əfəndiyə yazıram:

“Tarix-nadiri  yarıya kimi oxumuşam, amma yazdıqlarınızdan bir şey hasil edə bilmədim.Məşədi İbad demişkən, “Bəs bu bisavadlar necə anlasın?”.

Yazırsınız ki,  “Azərpaşa Nemətov sənətini bilən, insanı başa düşən adamdır”.Sənəti anladıq,insanı başa düşməsi  də “göz qabağındadır”.Yazırsınız: “Haqqı tapdanan sənət adamlarını müdafiə etmək aktyorların borcudur”Aydın deyil ki,  müəllif kimi  nəzərdə tutur. Sonra keçirsiniz direktorun müdafiəsinə . “Yıxılanı baltalamaq asandır” deyərkən Nemətovun “yıxıldığını” etiraf edirsiniz. Elədirsə, kimdir günahkar?Axı respublikanın tanınmış ziyalısı, görkəmli rejissor Azər Paşa Nemətov niyə “yıxılmalıdır”ki? Bəlkə “Özü yıxılan ağlamaz” misalı bura daha çox uyğundur?Daha sonra “Burda mənəm,Bağdadda kor Xəlifə” deyib direktoru tənqid atəşinə tutursunuz.Duz anladım?.”Ərk edib”Nemətovu teatrın qapısını başqa rejissorların üzünə bağlamaqda qınayanda bir “atəşə tutduğunuz”keçmişə nəzər salsanız, pis olmaz...(Şərhsiz).  

Yenə yazırsınız: “Biri çıxsın o yazanların qarşısına, desin ki,böyük səhv edirsiniz”.Nəyi səhv edir yazanlar,nədir səhv olan? .“Haqqı danmaq imandan deyil”(Məhəmməd Peyğəmbər ə.s.)(Salavat çevirməyi unutmayaq!)

Bu “nala-mıxa vurmaq” nə deməkdir? Bir də ki, savadlı, faktlarla,arqumentlərlə zəngin məqalə yazmaq hər kəsin hünəri olmadığı kimi, belə məqalələrin qarşısında haqqı danıb cavab vermək də böyük məsuliyyət tələb edir:müsahibə verməyi isə uşaq da bacarar.

     Maraqlı suallar qoyursunuz: “Xalq artistləri haradadır? “Həqiqətən də”, haqsızlıqla bir aktyoru işdən  azad edən A.Nemətova niyə qahmar çıxmırlar?

Onların yerinə cavab verirəm: “Yaşda,sənətdə və təcrubə baxımından Sizdən  üstün olan o dediyiniz xalq artistləri bilirsinizmi haradadır?

- ƏDALƏTİN yanında və SƏBƏBSİZ yerə işdən azad olunmuş, istedada,yaraşıqlı səhnə görünüşünə, bir neçə fəxri ada və ən əsası-tamaşaçı sevgisinə sahib olan bir aktyorun mənəvi və maddi sarsıntılarına-ən əsası-əsəb gərginliyinə səbəb olmuş  bir məmuru müdafiə edə bilməzlər.Çünki onların heç biri(o cümlədən Siz) ,belə haqsızlıqdan sığortalı deyil!.  Yazırsınız ki, “İlham xəstədir”.Xəstəliyin bura nə dəxli var? Məgər aktyor Allahdan və həkimlərdən başqa kimdənsə şəfa diləyib?Ya bəlkə rəhbərlikdən hansısa güzəştlər istəyib? Xəstə olanda səhnəyə çıxıb rolunu ifa edən aktyor barədə  yazıları oxuyar-oxumaz, tələm-tələsik  rəhbərin xahişini yerinə yetirərək bu anlaşılmaz müsahibəni verirsiniz

Amma  xahiş edirəm, deməyin ki,bu sifariş deyil., “ürəyinizin səsidir”.Nəzərə alın ki, artıq XX1 əsrdir və oxucu Sizin kimi gəncin düşündüyü qədər də sadəlövh  deyildir.

 Maraqlı “müdafiə üsulu”nuz var: sən demə A.Nemətov kobud adam deyilmiş.(Burada “bişmiş toyuq” yadıma düşdü).

Daha sonra yazırsınız ki, “Gərək Azər müəllim İlhamı teatrdan çıxartmayaydı.Bəlkə də bu onun səhvi oldu...”Daha bəlkə nədir?Bu da yeni “müdafiə üsuludur?”Direktorun aktyorlara diqqətlə yanaşdığını da vurğulayırsınız. Baxır hansı aktyora.Sizə qarşı  diqqətli olmasına və bundan sonra xüsusi diqqətlə yanaşacağına heç bir şübhə ola bilməz,).

  Sizcə onları “barışdırmaq” lazımdır?Məndə olan məlumata görə İ.Hüseynov heç kimlə küsməyib axı,əksinə, azad olunana qədər saatlarla qrim otağında-yəni Nemətovun “elçi daşı”nın üstündə oturub ki, direktorun ona qarşı olan səbəbsiz soyuqluğunun(nifrətinin)  və  nə qədər inkar etsəniz də, kobudluğunun səbəbini öyrənsin.Amma “aktyorlara qarşı diqqətli” olan  direktor  onu  kabinetinə layiq bilməyib.Sənəti göz qabağında olan aktyor  kimlə barışmalıdır? “Mən səni tanımıram!” deyən “incə” direktorla? 

Əməkdar artist günahkar olacağı halda özündən  yaşca kiçikdən belə dəfələrlə üzr istəyən bir insandır ki, bunu da hamı bilir.”Əməkdar” dedim  yenə 20 manatlıq “dərdim təzələndi”.Müsahibənizin başlığına görə oxucu bunu İ.Hüseynova aid etməlidir? Bu da müdafiə növüdür?Heç olmazsa  kiminləsə məsləhətləşib  baş-ayaq cümlələri “yerinə qoyardınız” ki, biz kəmsavadlar da bir şey başa düşək.

Açığını deyim ki, “rəngarəng” müdafiə üsullarınız məni heyran etdi: Haqsızlığa imza atan və səhvini düzəltməyə tələsməkdənsə (sonra gec olar) özünə havadar axtaran direktorun  düşmənini keçmişdə axtarırsınız və ünvanı bəlli olmayan tərəfə  “mesaj” göndərib,kimləri isə hədələyirsinz.Maraqlıdır, direktorunuz  yüksək reytinqə malik bir aktyoru “tanımırsa”, işdən səbəbsiz olaraq uzaqlaşdırırsa,buna  keçmiş direktor  günahkardır?Nə gözəl məntiqiniz var?` Əgər Sizi düz anladımsa keçmiş direktor deyəndə Sizi işə qəbul edən direktoru nəzərdə tutursunuz.

Deyə bilərsiniz ki, mən yeganə havadar deyiləm, əməkdar artist Əli Nur da var.Onun adını qəsdən çəkmədim.Əli müəllimin  Nemətova göstərdiyi havadarlıqla bağlı  müsahibəsinin mürəkkəbi qurumamış  direktordan “nəmər” tələb etməsi artıq çayxanada danışılan lətifələrin sayını artırıb.  O ki, qaldı Əli Nurun məntiqinə- o, yazır ki, bu barədə qeyri-peşəkarlar yazırlar.Maraqlıdır, haqqa tapınmaq üçün-ədalətsizliyə etiraz etmək üçün  mütləq teatrşünas olmaq lazımdır?Bir də ki,  sənətşünas Ənvər Börüsoy nə vaxtdan “qeyri –peşəkar”oldu?

“Tək İlham Hüseynova görə direktoru topa tutmaq olmaz” deyən Əli müəllimə  cavabsız qalan sual verildi: “İlhamın yerində olsaydınız da belə danışacaqdınız?

 Yazırsınız ki, Nemətovu tənqid edənlər içərisində “humanist” direktordan yaxşılıq görənlər var.Təsadüfən  Ənvər müəllimi nəzərdə tutmursunuz ki? Tamaşalardan birinin  jurnalist və sənətşünaslar üçün qapısı açıq olan daxili baxışı zamanı tənqidi  fikirlərinə görə  Nemətov tərəfindən zaldan  kobudcasına  qovulan Ə.Börüsoy bu “yaxşılıq”dan elə məmnundur ki,hələ də özünə gələ bilməyib.Ağsaqqalı  kütlə qarşısında nümayişkaranə şəkildə  zaldan qovmaq nə vaxtdan yaxşılıq adlanır və  “incə” ağsaqqal hərəkəti hesab olunur?  

 Az qala unutmuşdum, Allah xeyir versin! Aprelin 23-də keçiriləcək toy mərasiminə Ənvər Börüsoyu da dəvət etmisiniz.Hörmətli olasınız.Amma toyda Nemətovla Ənvər müəllimi barışdırmaq fikrinə düşməyəsiniz, çünki, Nemətov İ.Hüseynovla bağlı  haqsızlığa imza atana kimi  peşəkar və “qeyri-peşəkar”lardan ibarət  “ağsaqqal və qarasaqqal” ordusunu kor-peşman geri qaytarıb.

“Gah nala-gah mıxa” vuranlar dünən də olub-bu gün də.Amma respublikanın tanınmış ziyalısının- görkəmli rejissor  kimi tanınan, titullara sahib olan,Teatr Xadimləri İttifaqına uzun illər rəhbərlik etmiş , nəhayət  Ana teatrın direktoru olan-ən əsası 70 illik yubileyi ilə bağlı ölkə prezidnti tərəfindən “Vətənə xidmətə görə”  ordeni daşıyan bir ağsaqqalın haqq səsini boğmaq üçün  belə havadarlara möhtac olmasını görmək acınacaqlıdır...

Allah ata-babalarımıza  rəhmət eləsin:belə yerdə  “Elçisi gülüm olanın,başına külüm olar” kimi misallar çəkiblər ki,burada zaman və məkan anlayışı yoxdur.

 Qəribə paradoks:2 yaradıcı insan:(Xalidə Xalid)-biri haqsızlıq edib sonra özünə rəhbərlik etdiyi  müəssisədə belə havadarlar  tapa bilmir: ikincisi-haqqı tapdalanansa ona dəstək olmaq üçün aidiyyatı orqanlara müraciət məktubuna imza toplayan  çoxminlik fanat ordusunun qarşısını almağa  gücü çatmayanda  telefonlarını söndürür və baş götürüb yollanır onunla fəxr edən  doğma Gəncəyə...

“Yaza-yaza dərdimi aləmdə kağız qoymadım:axırda bir guşeyi-divara yazdım dərdimi” (Mirzə Cəlili).

“Ey mənim müsəlman bacı-qardaşlarım” deyən  Molla Nəsrəddinin nəticələrinin növbəti   “guşeyi-divar”ı yəqin ki, daha məqsədəuyğun  ünvanlar  olacaq...

 ARDI VAR...

Nigar Əliyeva