Logo

2014-cü ildən bəri ilk dəfə “Brent” markalı neftin qiyməti 74 dolları keçdi


Dünya bazarında keçirilmiş hərraclar zamanı 1 barel“Brent” markalı neftin qiyməti 74 dolları keçib.

TopXeber.Az-ın  “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bu markalı neftin qiymətinin 74 dlolları ötməsi 2014-cü ilin noyabrından bəri ilk dəfə müşahidə edilir.
 “Brent” markalı neftin qiyməti 0,944 faiz artaraq 74,18 dollara yüksəlib. Buna səbəb kimi  Yaxın Şərqdə vəziyyətin gərginləşməsi, ABŞ-da neft ehtiyatlarının azalması haqqında məlumatlar göstərilir.
Məftun Salmanov