Logo

Etirazçılar Ermənistan hökumətinin binasını mühasirəyə aldılar


Serj Sarkisyanın Ermənistanın Baş nazir vəzifəsində olmasına qarşı çıxış edən müxalif hərəkatının lideri, parlamentin deputatı Nikol Paşinyan və onun tərəfdarları İrəvanın mərkəzindəki Respublika meydanında hökumət binalarına bütün girişləri bağlayıb.

TopXeber.Az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, hökumət binası xüsusi polis dəstələri tərəfindən mühasirəyə alınıb. Polis dəyənək, dəbilqə və qalxanlarla silahlanıb.

Hökumət mənurlarını binaya buraxmamaq üçün nümayişçilər polislərin qarşısında sıraya düzülüblər.

Qeyd edək ki, bu gün S. Sarkisyanın başçılığı ilə Nazirlər Kabinetinin hökumət binasında ilk iclası keçirilməlidir.

Məftun Salmanov