Logo

“Facebook” sosial şəbəkəsinin rəhbəri qalmaqala görə Avropa Parlamentində çıxış edəcək


“Facebook” sosial şəbəkəsinin banisi və rəhbəri Mark Tsukerberq istifadəçi məlumatlarının sızması ilə bağlı yaranan qalmaqala görə Avropa Parlamentində çıxış etməyə dəvət olunub.

TopXeber.Az xarici mətbuata istinadən bildirir ki, bu barədə Avropa İttifaqının ədliyyə məsələləri komissarı Vera Yurova məlumat yayıb. Onun sözlərinə görə, bu mühüm hadisəyə “sadəcə yanaşmaq” olmaz. Vera Yurova Mark Tsukerberqə dəvəti qəbul etməsini məsləhət görüb. Şirkətin rəhbərliyi Avropa komissarının bəyanatına münasibət bildirməyib.

Ötən həftə Mark Tsukerberq iki gün ABŞ parlamentarilərinin suallarına cavab verib. Növbəti çərşənbə axşamı San-Fransiskoda “Facebook” rəhbərinin və Avropa Komissarı Andrus Ansipin görüşü olmalıdır.