Logo

İtaliyada ehtimal olunan 22 mafiya üzvü həbs edilib


Bu gün İtaliyanın hüquq mühafizə orqanları axtarışda olan Matteo Denaronun həbs edilməsi üzrə əməliyyat çərçivəsində Siciliya mafiyası ilə əlaqədə şübhəli bilinən 22 nəfəri saxlayıb.

TopXeber.Az xarici mətbuata istinadən xəbər verir ki, polis reydləri Siciliya adasının qərbində yerləşən Trapani əyalətindəki Denaro mafiya şəbəkəsi ilə əlaqəli olan obyektlərdə keçirilib. Polis əməliyyatın məqsədinin cinayətkar qruplaşmanın gücünü azaltmaq və onu iqtisadi resurslardan məhrum etmək olduğunu bildirib.

Qeyd edək ki, 55 yaşlı Denaro qətllər seriyası və bir çox başqa cinayətlərə görə 1993-cü ildən polisin axtarışdadır. O, “Koza Nostra” qruplaşmasının sabiq rəhbəri, 2017-ci ildə ömürlük həbs cəzasını çəkdiyi həbsxanada vəfat etmiş Salvator “Toto” Rinanın varisi sayılır.