Logo

Qırğızıstanda hökumət istefaya göndərildi


Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Baş nazir Sapar İsakovun Baş nazir olduğu hökuməti istefaya göndərib.

TopXeber.Az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidmətindən deyiblər.

Bildirilir ki, Prezident daha əvvəl parlamentin hökumətə etimadsızlıq qərarını qəbul edib və Nazirlər Kabinetinin istefası haqqında fərman imzalayıb.

Qırğızıstan parlamentinin deputatları aprelin 19-da hökumətə etimadsızlığın lehinə səs veriblər. Qərarı 101 deputat dəstəkləyib, 5 deputat əleyhinə çıxış edib.

Məftun Salmanov