Logo

Sarkisyan Aİ ilə sazişin ratifakisiyasını təsdiqlədi


Ermənistan Prezidenti Armen Sarkisyan Avropa İttifaqı (Aİ) və Ermənistan arasında hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq haqqında sazişin ratifikasiyasına dair  fərman imzalayıb.

TopXeber.Az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə,  sazişə əsasən Aİ 2020-ci ilədək Ermənistana 175 milyon dollar məbləğində maliyyə yardımı verəcək.

Ermənistan isə  bu vəsaitləri sazişin şərtlərinin həyata keçirilməsinə ayırmalıdır.

Məftun Salmanov