Logo

Sərnişinlərin nəzərinə! Bu stansiyanın girişi bağlanır


Təmir işləri ilə əlaqədar “Koroğlu” stansiyasının "piramida" adlandırılan giriş-çıxışı 2018-ci il aprel ayının 21-dən müvəqqəti olaraq bağlanır. 

TopXeber.Az-ın məlumatına görə, stansiyanın digər bütün giriş-çıxışları ("Alov" parkı, Nəqliyyat Mübadilə Mərkəzi, Milli Gimnastika Arenası, avtomobil dayanacağı, şəhərətrafı kənd və qəsəbələrə hərəkət edən elektrik qatarları istiqamətində) açıq olacaq.