Logo

Türkiyədə 160 kiloqram heroin ələ keçirilib


Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin Adana şəhərində ağır tonnajlı yük maşınından 160,7 kiloqram heroin ələ keçirib.

TopXeber.Az türk mətbuatına istinadən xəbər verir ki, narkotik maddə yük avtomobilinin yanacaq çənindən aşkar olunub. Sürücü saxlanılıb. İstintaq aparılır.