Logo

Xoşqədəmin verilişində dəhşətli anlar - VİDEO


Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişində dəhşətli anlar yaşanıb.

Topxeber.az BAKU.WS-in məlumatına görə, ürəkləri dağlayan səhnədə ana 4 il əvvəl qaçırılan körpəsinə qovuşdu. 

Ürəkləri dağlayan mənzərədə bir tərəfdə yeni doğulan körpəsinə 4 ildən sonra qovuşan ana və bu körpəyə 4 il analıq edən qadın, digər tərəfdə isə doğma anası bildiyi qadından zorla alınan uşaq vardı. 

Xatırladaq ki, Pakistan vətəndaşı 2016-cı ildə Xoşqədəm Hidayətqızının “Səni axtarıram” layihəsinə müraciət edərək, azyaşlı övladının 2014-cü ildə qardaşının həyat yoldaşı Sevinc tərəfindən qaçırılaraq Azərbaycana gətirildiyini bildirmişdi. Xoşqədəm Hidayətqızı Pakistan vətəndaşının bu müraciətindən sonra həmin qadını taparaq efirə dəvət etsə də, qarşı tərəf müxtəlif bəhanələrlə bundan yayınırdı. Sevinc yalnız telefon vasitəsilə sualları cavablandırırdı və uşağı valideynlərinin razılığı ilə gətirdiyini, bütün sənədlərin qaydasında olduğunu deyirdi. 

“Səni axtarıram” layihəsinin eksperti, vəkil Şəfiqə Nağılyeva Pakistan vətəndaşının hüquqlarını məhkəmədə müdafiə etməyi qərara alır. Məhkənə prosesində Pakistandanda aparılan araşdırma Sevincin təqdim etdiyi sənədlərin saxta olduğu, qaynının uşağını saxta yollarla öz adına keçirib ölkədən çıxardığı məlum olur. Özü ana ola bilməyən Sevinc 4 ildir başqasının uşağına analıq edirdi. Məhkəmə uşağın ondan alınıb anasına qaytarılması barədə hökm çıxarıb. 

Nəhayət dünən uşağın doğma anası və atası, eləcə də uşağı qaçıran Sevincin verilişdə görüşü baş tutdu. Xoşqədəm Hidayətqızı və komandasıının 2 illik əziyyətindən sonra uşaq Sevincdən alınaraq doğma ailəsinə qaytarıldı. 

Pakistanlı ailə qaçırılmış övladlarını geri qaytarmaq üçün evlərini satıb, bu vəsaitlə Azərbaycana gəlib. 

Sözügedən anları verilişin 01.01 dəqiqəsindən sonra izləyə bilərsiz: