Logo

Aprel döyüşlərində tankın üstünə əyləşib Lələtəpəyə bayraq sancan - Heydər Əliyevi təəccübləndirən KƏŞFİYYATÇI GENERAL - Mayis Barxudarov


Son 20 ilin yeganə səhra generalı, Aprel döyüşlərinin sağ qəhramanı Mayis Barxudarovun doğum günüdür.
 
Məlum olduğu kimi, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev  aprelin 1-5-i Qarabağda döyüşən əsgər və zabitlərimizi müxtəlif orden, medal və adlarla təltif edib. 
 
Yenicə general-mayor hərbi rütbəsi almış Mayis Barxudarovu əslində kimdir və Azərbaycan ictimaiyyəti bu DÖYÜŞ GENERALINI yaxından tanıyırmı? 
 
General-mayor hərbi rütbəsi almış Mayis Barxudarovu xeyli vaxtdır tanıyıram. Onun haqqında bütün hərbçilər yüksək fikirdədirlər. Bir nüansı nəzərə alaq ki, cənab general-mayor kəşfiyyatçı olduğundan onun haqqında bildiklərimizi xəsisliklə oxucularla bölüşürük:
 
TopXeber.Az bildirir ki, Mayis Barxudarov Qubadlıda dünyaya göz açıb. Uşaq vaxtlarında güləşlə məşğul olub. Azərbaycanın Milli Qəhrəmanı, güləşçi Əliyar Əliyevin tələbəsi olub. Erməni təcavüzü və yaranmış situasiya onun yolunu Cəmşid Naxçıvanski adına Hərbi Liseyə gətirib.
 
Hərbi liseydə oxuduğu vaxt oranın rəisi olmuş General Valeh Bərşadlının onun gələcək taleyinə birbaşa təsiri olub. 1993-cü ildə Mayis Barxudarov və bir qrup kursant cəbhədə yaranmış çətin vəziyyəti nəzərə alaraq könüllü ön xəttə getmək qərarını verir. Lakin bundan xəbər tutan General Bərşadlı onları yanına çağırır və bildirir ki, bunu etmək olmaz. Görünür, Valeh Bərşadlı bu gənclərin sabahın generalları olacağını bilirmiş. Valeh Bərşadlı onları inandıra bilir, Mayis Barxudarov  və digər kursantlar öz təhsillərini davam etdirirlər.

Korpus komandiri tabor komandirinin tankında qabağda gedib 

Miq.az Mayis Barxudarov la bağlı olduqca ilginc məlumat əldə edib. Aprelin 1-5-i Qarabağda döyüşən əsgər və zabitlərimizin önündə Mayis Barxudarov  tankın üzərində əyləşərək, döyüşlərdə şəxsən iştirak edib.  Məlumata görə, korpus komandiri olan general döyüşlər başlayan kimi, özü də əsgərlərə qoşularaq, birbaşa döyüşlərdə iştirak edib. Hadisə şahidlərinin verdiyi məlumata görə, Mayis Barxudarov  şəxsən tankın üzərində əyləşərək, özü öndə olmaqla, bütün əsgərlərini döyüşə çağırıb. Mənbə bildirir ki, generalın tankı ən öndə getdiyindən, bütün ordu xüsusi fəallıq və qəhrəmanlıqla döyüşməyə başlayıb. Ən maraqlısı isə isə döyüşə girən əsgər və zabitlərimizi ruhlandıran general-mayor Bərxudarovun tanka necə sarılaraq "İrəli!!!" komandası verməsi olub...

Miq.az -ın Araşdırma Qrupunun məlumatına görə, general-mayor Mais Bərxudarov peşəkar hərbçidir və Qarabağ savaşında böyük qəhrəmanlıq göstərib. Çox hörmətli generalımızın düşmənin canına vəlvələ salması haqqında bizdə çox maraqlı faktlar var. Hərbi sirləri qorumaq şərti ilə generalın döyüş yolu ilə bağlı bir neçə epizodu oxucularımıza təqdim edəcəyik. Və onu da diqqətinizə çatdıraq ki, generalın illər öncə atdığı bir addım bu gün silahlı qüvvələrdə az qala şüara çevrilib. 
 
Ulu Öndəri təəccübləndirən kəşfiyyatçı general-Mayis Barxudarov 
 
Ulu Öndərimiz Heydər Əliyev tərəfindən Mayis Barxudarov  "Azərbaycan Bayrağı" ordeni ilə təltifləndirilir. Bu ordeni ona şəxsən Heydər Əliyev təqdim edir. Bu, gənc zabit üçün çox mühüm stimul olur. O, Heydər Əliyev tərəfindən bu ordenə düşmən arxasında fəaliyyətinə görə layiq görülür...Heydər Əliyev ona "Azərbaycan Bayrağı" ordenini təqdim edəndən sonra bildirir ki, sənə üç otaqlı ev də hədiyyə etdim. 
Prezidentə təşəkkürünü bildirən zabitimiz icazə alaraq Ulu Öndərə təşəkkür edərək deyir:
 
"Cənab prezident, cənab Ali Baş Komandan! Sizin bizə verdiyiniz istənilən ad, titul və hədiyyələr müqəddəsdir, şərəflidir. Lakin icazə versəydiniz, mənə bağışladığınız o evi tabeçiliyimdə olan və döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş hərbi qulluqçunun ailəsinə bağışlayasız. Mən bir təhər evsiz yaşayaram. Amma onların evləri yoxdur..."
 
Lələtəpə yüksəkliyinin ələ keçirilməsində şücaət göstərmiş və buna görə Prezident İlham Əliyev tərəfindən general-mayor rütbəsilə mükafatlandırılmış zabitimiz Mayis Barxudarov bu gün DÖYÜŞ GENERALIDIR...