Logo

Aprel döyüşlərinin iştirakçısı İNTİHAR etdi-TƏFƏRRÜAT


Masallı rayonu, Xırmandalı kənd sakini 21 yaşlı oğlanın intihar səbəbi bilinmir :" Onun nə üçün intihar etməsi hamıya təəccüblüdür. Dünən rayon prokurorunun köməkçisi,polis müavinləri, ekspert, mən hadisə yerində olmuşuq. Evdə bir ana və oğul yaşayıblar. Ağıllı, dərrakəli oğlan idi,niyə belə edib? Səbəbi istintaqdan sonra bilinəcək. Orta təbəqədə yaşayan ailə olublar. Ana-bala öz zəhmətləri ilə dolanıblar. Oğlan əsgərliyini keçib, hətta aprel döyüşlərində də iştirak edib"-deyə TopXəbər.azsaytına Xırmandalı kəndindən bildirilib.

Hadisənin necə baş verməsinə gəlincə, Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin müavini Vidadi Abasov deyib ki, hadisə zamanı ana evdə olmayıb, sahədə işləyirmiş: "Günorta saat 2-3 radələrində kənardan görüblər ki, oğlan eyvanın boynundakı ipi açıb. Amma bilməyiblər ki, bu ipi nə edəcək? iplə birlikdə gəlib həyətlərinə və özünü asıb.Xalasıoğlu təsadüfən həyətə girib,samanlıqda görüb ki, kimsə özünü asıb. O,görəndə artıq oğlan keçinmişdi".


Qeyd edək ki, dünən 1997-ci il təvəllüdlü Samid Zeynalov yaşadığı evdə intihar edib.