Logo

Avstriya türk siyasi partiyalara qadağa qoydu


Türkiyənin bütün siyasi partiyalarına Avstriyada seçki kampaniyası ilə əlaqədar tədbirlər keçirmələrinə əngəl törədiləcək.

TopXeber.Az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Avstriyanın Baş naziri Sebastyan Kurts deyib.

Onun sözlərinə görə, Türkiyə Ərdoğanın liderliyində Avropadakı türk icmalarını uzun illərdir öz mənfəəti  xeyrinə istifadə edir: “Avstriyada türk seçki kampaniyaları istənilmir və biz bunlara daha icazə verməyəcəyik”.

S. Kurtz əlavə edib ki, Türkiyənin bütün siyasi partiyalarına Avstriyada seçki kampaniyası ilə əlaqədar tədbirlər keçirmələrinə mene olunacaq.

Qeyd edək ki, Avstriyada 350000-500000 arasında türk yaşayır.  Almaniya və Fransada bu rəqəm müvafiq olaraq, 5 milyon və 1 milyondur. Türkiyədə növbədənkənar parlament və prezident seçkiləri bu il iyunun 24-də keçiriləcək.

Məftun Salmanov