Logo

Avstriyanın Zaltsburq şəhərində qatar qəzasında 54 nəfər xəsarət alıb


Aprelin 20-də Avstriyanın Zaltsburq şəhərinin mərkəzi vağzalında qatar qəzası baş verib. Qəza nəticəsində 54 nəfər xəsarət alıb.

TopXeber.Az xəbər verir ki, səhər saatlarında Venesiya və Sürixdən gələn qatarlar şəhərin mərkəzi vağzalında vaqonlar dəyişdirilərkən toqquşub.

Avstriya Federal Dəmir Yolları şirkətinin nümayəndəsi Robert Mosser qəza ilə bağlı araşdırmaların aparıldığını bildirib. Qəza nəticəsində qatarların hərəkət cədvəlində heç bir gecikmə yaranmayıb.

Nəqliyyat Nazirliyinin ekspert qrupu qəzanın səbəblərini araşdırmaq məqsədilə hadisə yerinə cəlb olunub.