Logo

Cəlilabadda müəllimin zorladığı gözətçi xanım TAPILDI -ÖZƏL


Cəlilabadın Muğan kəndində ibtidai sinif müəllimi tərəfindən zorlanan gözətçi xanımın yeri bəlli olub.

TopXəbər.Az saytının kənd sakinlərindən əldə etdiyi məlumata görə, məlum olaydan sonra həmin xanım Bakıya gəlib:

"Müəllim və xanım kənddə yoxdur. O,atası və qardaşının yanındadır. Anası yoxdur, atası Bakı şəhərində kirayə yaşayır. O xanım Göytəpə şəhərində qeydiyyatda olub, bura gəlin köçmüşdü.Polis orqanları hadisəni izləyir və istintaqa təhvil veriləcək. Müəllim isə 3 maddə ilə həbs olunub. 8 ilə qədər iş veriləcək".Məlumata görə, qardaşı həmin xanımı polisə təhvil verəcəyini bildirib.

Xatırladaq ki, Cəlilabad rayon Muğan kənd orta məktəbinin ibtidai sinif müəllimi Namiq Babayevin məktəbin qadın mühafizəçisini zorladığı barədə xəbərlər yayılıb.
"Namiq Babayev 2017-ci ildə işlədiyi məktəbin qadın mühafizəçisi ilə intim münasibətdə olarkən mobil telefonla videoya çəkib.

Bu videonu kənd sakinləri arasında yayaraq qadını şantaj etməyə başlayıb”. Hal-hazırda Cəlilabad rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 150.1 (seksual xarakterli zorakılıq hərəkətləri) və 242-ci (pornoqrafik materialları qanunsuz yayma) maddələri ilə cinayət işi başlanıb.