Logo

Derbidə rüsvayçılıq: Şenol Günəşin başı yarıldı, 5 tikiş atdılar - FOTO-VİDEO


Futbol üzrə Türkiyə Kuboku yarımfinal mərhələsi çərçivəsində keçirilən "Fənərbaxça" ilə "Beşiktaş" arasındakı cavab matçında xoşagəlməz hadisələr yaşanıb. 

TopXeber.Az xəbər verir ki, matçın 57-ci dəqiqəsində yerli azarkeşlərlə mübahisə edən qonaq komandanın ehtiyat qapıçısı Tolqa Zəngini sakitləşdirməyə çalışan “Beşiktaş"ın baş məşqçisi Şenol Günəş yaralanıb.

Belə ki, azarkeşlərin atdığı yad əşyalardan biri onun başına dəyib. Nəticədə təcrübəli mütəxəssis yerə uzanıb. Başı yarılan çalışdırıcıya həkimlər 5 tikiş qoyublar.

Oyunun gedişində başqa xoşagəlməz hallar da yaşanıb. Lakin məhz Şenol Günəşlə bağlı insidentdən sonra matçın baş hakimi Mete Kalkavan oyunu yarıda dayandırmalı olub. “Fənərbaxça” futbolçuları 15 dəqiqədən çox rəqib komandanın oyunçularını meydanda gözləsələr də, onlar geri dönməyiblər. Artıq matç rəsmən təxirə salınıb.

Oyun dayandırılan vaxta qədər hesab 0:0 olub. İlk oyunda isə tərəflər 2:2 hesablı heç-heçəyə razılaşıblar.