Logo

Könül Təranə qalmaqalının "yeni sezon"u başladı... "Atmaca, hədə, təhqir"


Müğənni Könül Kərimova ilə Təranə Qumral arasındakı qalmaqal böyüyüb.

TopXeber.Az axşam.az-a istinadən xəbər verir ki, Kərimovanın "5/5" verilişində Təranəni görəndə durub getməsi hələ də müzakirə edilir. Müğənni bununla bağlı sosial şəbəkədə onu qınayan izləyicisinə cavab verib.

K.Kərimova T.Qumralla bağlı baş verənlərin gerçək tərəfini açıqlamaq istəmədiyini bildirib:

"Siz həqiqəti bilsəniz, həyata, insanlığa nifrət edərsiniz. Ən azı yazdıqlarınıza görə utanarsınız. Şükr edirəm ki, həmin an ürəyim dayanmadı. Allah mənə güc verdi. Nə isə. Hər şey yaxşıdır".

T.Qumral isə bu paylaşımı yayımlayaraq Könülə iradını bildirib:
"Dostlar, bu, Könüllə bir xanımın yazışmasıdır. Necə yayıldığını bilmirəm. Amma atalar yaxşı deyib, keçinin buynuzu qaşınanda, özünü sürtməyə yer axtarır. Zaur Kamalın verilişinə gəlmişdim, üzbəüz, xalqın qarşısında sözünü üzümə deyərdin. Oradan qaçıb arxadan niyə xəlvət yazışırsan? Mən heç nə demirəm, hər şeyi sizin ixtiyarınıza buraxıram".