Logo

Paşinyan: Erməni əsgərlər maykasız və alt paltarsız qalıblar


Ermənistan ordusunun hərbçiləri maykasız və alt paltarsız qalıblar.

TopXeber.Az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu İrəvanda etiraz aksiyalarına başçılıq edən deputat Nikol Paşinyan deyib.

N. Paşinyan Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın mitinqlərin ordunun döyüş qabiliyyətinə təsir edə biləcəyinə dair sözlərini şərh edərkən deyib ki, erməni ordusunun əsgərləri maykasız və alt paltarsızdırlar və məhz bu, ordunun döyüş qabiliyyətinə təhdiddir.

Etirazçıların başçısı Ermənistan Prezidenti Armen Sarkisyanın dialoq çağırışına da münasibət bildirib. O, bu təklifi müzakirə etmək üçün yalnız bir şərtinin olduğunu qeyd edib: “Armen Sarkisyan Britaniya vətəndaşlığından hansı ildə imtina etdiyinə dair ərizə təqdim etməlidir”.

Məftun Salmanov