Logo

​Svatini adlı ölkə peyda oldu


Svazilend Kralı III Msvati ölkənin adını dəyişdirilməsinə dair qərar qəbul etdiyini elan edib.

TopXeber.Az-ın BBC-yə istinadən verdiyi məlumata görə, bundan sonra Svazilend eSvatini Krallığı adlanacaq.

Monarx bu barədə rəsmi olaraq svazi xalqının müstəqilliyinin 50 illiyinin qeyd edildiyi stadionda məlumat verib. Təntənələr üçün başqa səbəb Msvatinin özünün yubileyi olub. Belə ki, o da öz 50 yaşını qeyd edir. eSvatini svazi torpağı kimi tərcümə olunur.

Məftun Salmanov