Logo

Türkan Şorayın səhhətində problem yarandı


Türkiyənin parlaq ulduzu, məşhur aktrisa Türkan Şoray xəstəxanaya aparılıb. 

TopXəbər.Az Türkiyə KİV-nə istinadən bildirir ki, aktrisa 5 gündür xəstəxanadadır. Həkimlər aktrisaya kəskin bağırsaq infeksiyasına yoluxma diaqnozu qoyub. Bir müddətdir yemək yeməkdə çətinlik çəkən aktrisa 2 kq arıqlayıb.

Qeyd edək ki, Türkan Şoray keçən il əməliyyat olunmuşdu və bu səbəbdən 12 kq arıqlamışdı.