Logo

İranda ikinci dil türk yox, rus dili olacaq


İran Rusiyaya fars və rus dillərinin qarşılıqlı olaraq iki ölkədəki məktəblərdə ikinci dil kimi öyrədilməsini təklif edib.

TopXeber.Az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, İran azərbaycanlıları hökumətin məktəblərdə türk dili yerinə rus dilinin tədris edilməsi təklifini sosial şəbəkələr vasitəsilə tənqid edib.

Bu məsələ Moskvada səfərdə olan İranın təhsil naziri Məhəmməd Bethai ilə Rusiya Dövlət Dumasının Təhsil komitəsinin sədri Vyaçeslav Nikonov arasında müzakirə olunub.

V. Nikonov görüşdə bildirib ki, İran tərəfinin təklifini Rusiyanın təhsil nazirinin diqqətinə çatdırıb.  Öz növbəsində, M. Bethai qeyd edib ki, İran hökuməti ikinci dil kimi ingilis dilinin inhisarçılığını aradan qadırmağı və digər dilləri, xüsusilə də rus dilini ölkədə yaymağı planlaşdırır.

V. Nikonov ölkəsinin təklifə müsbət yanaşdığını qeyd edərək deyib ki, Rusiyada bəzi təhsil mərkəzlərində ikinci dil kimi öyrədilən Çin dili ilə yanaşı, farscanın tədrisi də planlaşdırılır.

Məftun Salmanov