Logo

Qamçılanan qadınların şəklini çəkmək üçün yarışa girdilər


İndoneziyanın Açe vilayətində fahişəlik və evlilikdən kənar əlaqə ittihamları üzrə tutulan 8 nəfərə qamçılanma cəzası verilib.

TopXeber.Az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, cəza alanlardan 5-i qadın, 3-ü isə kişidir.

Verilmiş cəzalar ötən gün şəhər meydanında icra edilib. Qamçılamanı izləmək istəyənlərin sayı çox olduğundan təhlükəsizliyi təmin etmək üçün hərbçilər çağırılıb.

11 qamçı cəzası alan qadınlardan birinin 5-ci zərbədən sonra halı pisləşib. Zərbələrin ağrısına dayana bilməyən qadına su verildikdən sonra ona qamçı vurulmağa davam edilib.  Bütün bunlara tamaşa etmək üçün ön sırada yer alan qadınlar isə böyük həvəs və həyəcanla fotoşəkil çəkmək yarışına girib.

Məftun Salmanov