Logo

Amerikalılar Şimali Koreyanın nüvə obyektlərinə girəcəklər


Şimali Koreya lideri Kim Çen In nüvə poliqonunun ABŞ tərəfindən təftiş edilməsinə razılıq verib.

TopXeber.Az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə razılıq K. Ç. Inın bu yaxınlarda ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Maykl Pompeo ilə  keçirdiyi görüşdə əldə olunub.

Görüş zamanı Şimali Koreya lideri bildirib ki, ölkəsinin təhlükəsiziyinə təminat verilərsə, Pxenyan poliqonun işini dayandıracaq. Öz növbəsində, ABŞ tərəfi rəsmi icazə aldıqdan sonra Şimali Koreyanın nüvə obyektlərini yoxlamaq məqsədi ilə müxtəlif addınları nəzərdən keçirir.

Xatırladaq ki, K. Ç. In aprelin 21-də Şimali Koreyanın nüvə və raket sınaqlarını dayandırdığını, Punqeri nüvə poliqonunun işini yekunlaşdırdığını elan edib.

Məftun Salmanov