Logo

Kreml Ermənistanda baş verənlərə münasibət bildirib


Müxalifətin aksiyaları ilə bağlı Ermənistandakı vəziyyət bu ölkənin daxili işidir.

TopXeber.Az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Rusiyanın bu vəziyyətə müdaxilə imkanları haqqında hipotetik düşüncələr yersizdir. D. Peskov “Rusiya tərəfinin vəziyyətə nə vaxt müdaxilə edə bilər” sualına cavabında deyib: “Moskva niyə müdaxilə etməlidir?”.

O, İrəvanın Ermənistandakı vəziyyətlə bağlı Kremlin xətti ilə məsləhətlər istəyib-istəmədiyini dəqiq söyləyə bilməyəcəyini vurğulayıb: “Ermənistanda baş verənləri diqqətlə izləyirik. Ermənistan yaxın müttəfiqimizdir. Bizim Avrasiya İqtisadi İttifaqının iştirakçısı Ermənistanla ən sıx əlaqələrimiz inkişaf edir, buna görə bu ölkə bizim üçün vacibdir”.

Məftun Salmanov