Logo

Merkel: Almaniya yəhudilərin tam təhlükəsizliyini təmin edəcək


Almaniya ölkə ərazisində yaşayan yəhudilərin tam təhlükəsizliyini təmin etmək üçün nə mümkündürsə, edəcək.

TopXeber.Az xəbər verir ki, AFR kansleri Angela Merkel bu sözləri İsrailin “Channel 10” telekanalına müsahibəsində deyib. Kanslerin sözlərinə görə, Almaniyada antisemitizm təzahürlərinin cəhdi onu “məyus edib”.

Merkel hesab edir ki, bu cür əməllərlə bağlı hay-küyə səbəb müsəlman ölkələrindən Avropa İttifaqına qaçqın axını ola bilər. Yaranmış vəziyyəti “yeni fenomen” hesab edən kansler yəhudilər üçün demək olar ki, bütün uşaq bağçalarının, məktəblərin, ictimai-dini müəssisələrin polis mühafizəsi altında saxlanması məcburiyyətini məyusedici fakt adlandırmışdır.

Müsahibənin gedişində Merkel ikitərəfli hökumətlərarası məsləhətləşmələrin növbəti raundu üçün sonradan İsrailə səfər etmək niyyətini təsdiqləyib. Kansler, həmçinin ölkələr arasında fikir ayrılığı yaradan məsələləri sadalayıb. Buraya, o cümlədən Fələstin ərazilərində İsrail məskənlərinin statusu və İsraili narahat edən İranla atom razılaşması məsələləri aiddir.