Logo

Paşinyan azadlıqda


Ermənistanda “Vətəndaş müqaviləsi” partiyasının lideri və  etiraz aksiyalarına başçılıq edən deputat Nikol Paşinyan həbsdən azad olunub.

TopXeber.Az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, N. Paşinyandan savayı daha iki deputat - Ararat Mirzəyan  və Sasun Mikaelyan da azad olunub.

 N. Paşinyan bütün saxlanılanların azad edilməsini tələb edib. O bu gün keçiriləcək mitinqdə qalan tələblərini səsləndirəcəyini qeyd edib.

Xatırladaq ki, N. Paşinyan Baş nazirin birinci müavini Karen Karapetyan ilə görüşüb. Məhz K. Karapetyan deputatların toxunulmuzlaqlarının ləğv edilməsi vəsatətinin geri qaytarılması ilə əlaqədar Baş prokurorluğa müraciət edib.

Məftun Salmanov