Logo

Polis tərəfində qaçırılan Paşinyanın yeri hələ də bilinmir


Ermənistanın “Vətəndaş müqaviləsi” partiyasının və “Mənim addımım” təşəbbüsünün lideri, parlamentin deputatı Nikol Paşinyan polisin Sevan şöbəsinə aparılsa da, hazırda onun yeri naməlumdur.

TopXeber.Az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu vəkil Rustam Badasyan özünün “Facebook” səhifəsində yazıb.

O bildirib ki, hazırda N. Paşinyanın yeri məlum deyil: “Paşinyan Sevan şöbəsində deyil, müstəntiq telefonla bunu təsdiq edir. O bildirib ki, gün ərzində burada olub, indi isə yoxdur. Fikrimcə, 1937-ci ildə insanlar daha çox qorunurdu”.

Xatırladaq ki, N. Paşinyan ötən gün mitinq zamanı maskalı şəxslər və polis tərəfindən götürülərək naməlum istiqamətə aparılıb.

Məftun Salmanov